Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Jurnalistin belə bir şəkildə saxlanması, əlbəttə ki, üzücü haldır" - Mətbuat Şurasından MÜNASİBƏT

Xəbər verdiyimiz kimi 28 mart tarixində avtoqəza hadisəsini lentə alan Cümhuriyət qəzetinin əməkdaşı polis tərəfindən saxlanılıb və yaxınlıqdakı bölməyə aparılıb. Bir neçə saat saxlanılan jurnalist gecə saatlarında sərbəst buraxılıb.

Bununla bağlı BiG.AZ-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət öz peşə borcunu yerinə yetirən bir jurnalistin belə bir şəkildə saxlanmasını üzücü bir hal kimi qiymətləndirib. 

"Jurnalistin belə bir şəkildə saxlanması, əlbəttə ki, üzücü haldır" - Mətbuat Şurasından MÜNASİBƏT

Azər Həsrət vurğulayıb ki, mən bu olayın tez bir zamanda aydınlığa qovuşmasını, jurnalistlə bağlı yanlış varsa, onun düzəldilməsini istərdim: "Hadisə yerində nəinki jurnalistin, istənilən şəxsin çəkiliş aparmasına polisin əngəl olması doğru bir yanaşma deyil. Təbii ki, təhlükəsizlik və gizliliklə bağlı ciddi əsaslar istisna olmaqla. Ona görə də istərdim ki, yanlış davranışa yol vermiş polislər bunu dərhal düzəltsinlər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...