Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bakıda qurudub gizlətdim" - Meşədən narkotik yığan keçmiş məhkum - VİDEO

Sabunçuda narkoman saxlanılıb.

Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Muxtarov da saxlanılıb.

Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman külli miqdarda marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan marixuananın ümumi çəkisi 4 kiloqram 150 qramdır.

Pərviz Muxtarov - Saxlanılan şəxs: "Meşədə gözüm sataşdı. Baxdım ki, nəşədir. Başladım yığmağa. Bakıda qurudub gizlətdim. Evə gedəndə polis işçiləri tutdular".

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...