Hava şəraiti ilə əlaqədar gəmi səfərləri dayandırılıb
Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.
Bu haqda Mynews.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC mətbuat katibi Mehman Mehdiyev məlumat verib.
Bildirib ki.hələlik hava şəraiti ilə bağlı olaraq gəmilər səfərlərini dayandırıb:
Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar. Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 959 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 918 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 910 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 909 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 906 dəfə oxunub