Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Külək aeroportun işinə təsir edib? - AÇIQLAMA

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.

Mynews.az xəbər verir ki, bunu Trend-ə AZAL QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:

"Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir".

Qeyd edək ki, meteoroloqların verdiyi hava proqnozuna əsasən, bu gün və sabah gündüzə kimi Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, küləyin sürəti 18-23, arabir 25-30 m/s olacaq, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...