Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aprelin ilk gününə olan hava proqnozu

Aprelin 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumat görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11,  Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi  normadan yuxarı 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz  55-60 faiz  təşkil edəcək. 

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 3-7, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-8  dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...