Azərbaycandan Həccə getmək istəyənlərin sayı açıqlandı
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 650 insan müraciət edib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.
Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 650 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.
Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.
Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub