Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Hafiz Hacıyevin toyuq ferması var" - İş adamından ŞOK İDDİA

“Qaraqaşlı-Broyler” Açıq Səhmdar Cəmiyyətinin (ASC) icraçı direktoru Heydər Əsgərov Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyevin iddialarına cavab verib.

Mynews.az xəbər verir ki, H.Əsgərov “Ölkə.Az”a açıqlamasında Hafiz Hacıyevin iddialarını cəfəngiyyat adlandırıb: 

“Bizim ermənilərlə əlaqələrimiz və ya Əli Kərimliyə pul ötürməyimiz qeyri-mümkündür. Hafiz Hacıyev bizə şər-böhtan atır. Onun dedikləri cəfəngiyyatdır, iftiradır. Görünür ki, “Qaraqaşlı-Broyler” ASC Hafiz Hacıyevin sahibi olduğu quşçuluq fermasından xeyli öndə gedir. Bizi gözügötürməyənlər də bu cür iddialar ortaya ataraq, bizi ləkələməyə çalışırlar”. 

Şirkət rəsmisi iddia edib ki, Hafiz Hacıyevin toyuq ferması var: 
“Bir sıra şirkətlər də var ki, keyfiyyət və inkişafda bizə çata bilmirlər. Hazırda şirkətimizin 400-dən çox işçisi var. Şirkətimiz Azərbaycan dövlətinin sahibkarlara yaratdığı yüksək şəraitdən yararlanaraq, dövlətimizin dəstəyilə fəaliyyət göstərir. Əgər bizdə hər hansı problem olsaydı, bu yaxınlarda Dövlət Komitəsi tərəfindən şirkətimizə halallıq sertifikatı verilməzdi. Şirkətimizin məhsulları tam halal və yüksək keyfiyyətə malikdir”.
Xatırladaq ki, Hafiz Hacıyev prezidentliyə namizədlər üçün təşkil edilən teledebatda “Qaraqaşlı-Broyler” ASC-ni ermənilərlə əməkdaşlıqda və AXCP sədri Əli Kərimliyə pul ötürməkdə ittiham edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...