Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq

Bakı və Abşeron yarımadasında aprelin 4-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12,  Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 4-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz

Aprelin 03-ü axşam, aprelin 04-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 05-06-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali  üçün  əlverişlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...