Yasamal qazsız qalacaq
Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Mynews.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 4-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 970 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 936 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 927 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 926 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 924 dəfə oxunub