Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR
Qazax rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Qazax rayon sakini, 1950-ci il təvəllüdlü Ziyalı Zahid oğlu Orucov hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.Nəticədə minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.
Qəza zamanı daha üç nəfər, “Mercedes” markalı avtobusun sərnişini, 59 yaşlı Allazova Aybəniz Mahmud qızı və daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 974 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 943 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 930 dəfə oxunub