Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah hava dəyişkən buludlu olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub küləyi  əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14,  Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz 55-65 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin  əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər şərq rayonlarında çiskin olacaq.  Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...