Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Keçmiş məhkum narkotik yetişdirmək üçün qəribə üsula əl atdı - VİDEO

Yevlax rayonunda narkotik yetişdirən şəxs saxlanılıb.

Rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədov saxlanılıb.

Onun həyətyanı sahəsinə baxış keçirilən zaman istixanada kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs əməlini etiraf edərək aşkarlanan narkotik vasitəni öz istifadəsi üçün becərdiyini bildirib. O, diqqət çəkməmək üçün xiyar şitilləri ilə birgə çətənəni də istixanada yetişdirdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

///Qafqazinfo.az

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...