Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Formula 1" zamanı bu ərazilərdə nəqliyyatın hərəkəti qadağan olunacaq

2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılacaq.

"APA-Economics” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız "2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində yol məhdudiyyəti təqdim edilən müddət (23 aprel – 1 may) üçün etibarlıdır. İcazə sənədini aprelin 12-dən 23-dək

- İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Böyük Qala küçəsi 42/19, Zəncirli ev 2 mərtəbədən,

- 4 saylı Mənzil Kommunal İstismar Sahəsi, Xəqani küçəsi 26/32, 5-ci blok 2-ci mərtəbədən,

- 58 saylı Mənzil Kommunal İstismar Sahəsi, İstiqlaliyyət küçəsi 5 ünvanlarından əldə etmək mümkündür.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək.

3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə  sənədi olan avtomobillər günün istənilən saatı bu zonaya daxil ola biləcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...