Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda vurulan süpürgəçi kimdir? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

Mynews.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report”a bildirib ki, Sumqayıt Yaşıllaşdırma idarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi "Opel Astra” markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...