Seçkilərdə jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb - Mətbuat Şurası

Saat 08:00-dan 19:00-dək olan müddətdə prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı məlumatda bildirilib: "Ötən zaman kəsiyində Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə cəmi 1 müraciət daxil olub. "İnter.az" telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.
Səsvermə müddətində seçki məntəqələrində monitorinq aparan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar".
Cəmiyyət
- Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
- Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR - Bundan sonra imtahan... - VİDEO
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi
- Azərbaycanda iki qanun ləğv edildi
- Prezident Administrasiyasında daha bir - TƏYİNAT
- Prezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO 554 dəfə oxunub
- Bakıda piyada özünü maşının qarşısına atdı - DƏHŞƏTLİ HADİSƏ - VİDEO 553 dəfə oxunub
- Qışın ilk ayında neçə gün dincələcəyik? 198 dəfə oxunub
- “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur 190 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 187 dəfə oxunub