Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bu qiymətə imtahan olmaz!" - Təhsil eksperti

Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin müraciəti və təkliflərini nəzərə alaraq Azərbaycanda qəbul imtahanlarında iştiraka görə ödənişləri müəyyənləşdirib. Qiymət imtahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir.

Mynews.az modern.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov ödənişlərin məbləğinin fantastik olduğunu bildirib. 

O deyib ki, Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan qiymətləri hələ ƏDV xaric qiymətdir:

“Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan qiymətləri əvvəl dediyim kimi, fantastik oldu. Sadə dildə desək: abituriyent 1 dəfə imtahanda iştiraka görə - kollecə qəbul üçün 20 manat, bakalavr pilləsinə qəbul üçün 40 manat, magistratura pilləsinə qəbul üçün 60 manat, rezidenturaya qəbul üçün 100 manat iştirakçı pul ödəməlidir. Bu insanları kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnəcək. Bəlkə də 2 il sonra kurikulum ilə keçiriləcək imtahanlar üçün bu məbləğ başa düşülən ola bilərdi, amma indi Dövlət İmtahan Mərkəzi əvvəldən bazasında olduğu suallarla imtahan keçirəcəksə, bu qədər böyük məbləğ olmamalı idi.

Bəli, bu, qazanc əldə etməkdir. Halbuki bunu inkar edirdilər. Təhsil əlçatan olmalıdır. Xaricdən qəbul istisna olmaqla, heç bir ölkənin öz daxilində ali məktəblərə qəbul imtahanları bu qiymətdə deyil. Düşünürəm ki, Tarif Şurası qiymətlərə yenidən baxmalı və 50 faiz ucuzlaşdırmalıdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...