Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Ъ”: Azərbaycan “Polonez” raket sistemi alır

Belarusun “Polonez” raket sistemləri artıq 2018-ci ildə Azərbaycanda ola bilər.

Mynews.az “Kommersant”a istinadən xəbərinə görə, Belarus hökuməti 2018-ci ildə 10 ədəd “Polonez” yaylım atəşli reaktiv sisteminin müqavilə üzrə ixracına başlayacaq.

İddia edilir ki, “Polonez” sistemi Azərbaycanda tədarük ediləcək, belə ki, ölkənin müdafiə naziri Zakir Həsənov Belarusa səfəri zamanı bu sistemin istehsal texnologiyası ilə tanış olub.

Nəşrin mənbəsinin sözlərinə əsasən, bu müqavilə Ermənistan tərəfinin narazılığına səbəb olacaq.

Belarus Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, “Polonez” yaylım atəşli reaktiv sisteminin ilk ixracı artıq 2018-ci ilə baş tuta bilər.

Onun sözlərinə görə, birinci müqavilə ilə 10 “Polonez” sistemi tədarük ediləcək (buraya raketlər, nəqliyyat-yükləmə maşınları, idarəetmə məntəqəsi, radiolokasiya stansiyalar və b. daxildir). 

Mənbə əlavə edib ki, hüquqi sənədlər artıq son mərhələdədir, müştəri öz maliyyə məsələlərini həll edir.

Mənbə müştərinin adını açıqlamasa da, Rusiya müdafiə sənayesi sahəsində iki top-menecer bildirib ki, söhbət Azərbaycandan gedir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...