Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı əsgərləri salamladı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.
Sonda xatirə şəkli çəkdirildi.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 599 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 599 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 596 dəfə oxunub
loading...