Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 20 min manatlıq mebel 60 minə satıldı - “Space” tv-də şok araşdırma - VİDEO

Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində daha bir maraqlı faktın üstü açılıb

Amil Xəlilin təqdimatında yayımlanan verilişdə mebellərdən danışılıb. Aparıcı yerli istehsalı xarici istehsalı adı altında satıldığını qeyd edərək hər kəsi diqqətli olmağa çağırıb.

Minval.İnfo xəbər verir ki, mağazaların nə üçün fakturları gizlətməsindən də söz açan Amil Xəlil bir neçə mebel salonlarına da üz tutub. Məqsəd bir alıcıya fakturanın göstərilib göstərilməməsini öyrənmək olub.

Təssüff ki, əksər mağazalar faktura göstərə bilməyib. Verilişdə iştirak edən Qurban adlı şəxs də yaxın günlərdə 60 min manata satılan mebelin real qiymətinin 20 min manata olmasını sübut edib və həmin mağazanı məhkəməyə verib. Onun sözlərinə görə insanlar mebel alarkən anlayışı olan ustalarla mağazaya getmələri vacibdir.. Əks halda mağazanın ustası onları rahat şəkildə aldada bilər. Bundan başqa ikinci əl mebellərində baha qiymətə satıldığı verilişdə qeyd edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...