Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günəş sistemində ölü planet tapıldı

İsveçrə, Fransa və Almaniya astronomlarından ibarət beynəlxalq qrup “al-Mahata as-Sitta” meteoridinin daxilində aşkarlanan almazları araşdırıb və nəticəyə gəliblər ki, göy cismi bir vaxtlar Günəş sistemində mövcud olmuş Merkuri və ya Mars ölçüsündə olan protoplanetinin bir hissəsi olub. 

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, alimlərin məqaləsi “Nature Comminication” jurnalında dərc edilib. 

Böyük almaz kristallarından ibarət meteorid 2008-ci ildə Sudanın Nubiya səhrasına düşən “2008 TC3” asteroidinin bir hissəsi olub.
 
Alimlər hesab ediblər ki, tapılan almazların meydana gəlməsi üçün 20 qiqapaskal təzyiqə ehtiyac var. Bu, onu göstərir ki, kristallar Yer kürəsindən kənar toqquşmalar nəticəsində deyil, hər hansı göy cisminin üzərində meydana gəlib. 

Bu göy cismi, çox güman ki, planetezimal olub. Əgər protoplanet Merkuri ölçüsündə olubsa, almazlar onun mərkəzində yaranıb. Əgər bu planet Mars boyda olubsa, onda kristallar əsas mantiyada meydana gəlib.

Alimlərin sözlərinə görə, nəticələr Günəş planetində ölü planetlərin olduğunu sübut edən ilk etibarlı dəlil olub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...