Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Eyni mənzillər bir neçə nəfərə satılıb - VİDEO

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə bilirlər, nə də pulları qaytarılır. Binadakı bir neçə mənzil eyni vaxtda 3-4 şəxsə satılıb.

Söhbət Paytaxtın Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında yerləşən və ''Avro Qrand'' şirkəti tərəfindən inşa edilən bu yaşayış binasından gedir. Bina sakinlərinin dediyinə görə, onların əksəriyəti nağd ödəniş edərək buradan ev alıblar.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.

''Avro Qrand'' şirkətinin rəhbəri Xanlar Cəfərova dəfələrlə zəng vursalar da onun telefonu sönülü olub. Əlacsız qalan sakinlər məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanovun ''Xəzər Xəbər''ə verdiyi məlumta görə, şirkətin müdri Xanlar Cəfərov saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri də seçilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...