Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Amaşov Ombudsmana irad tutdu

Vaxtilə İnformasiya Ombudsmanı yaratmaq istəyirdik. Obyektiv və subyektiv səbəblərdən bunu yaratmaq mümkün olmadı. Bunun yaranmamasının əsas səbəblərindən biri də vahid Ombudsman sisteminin olması idi. Nəyə görə informasiya əldə etmək haqqında məsələlərlə ciddi məşğul olunmur?

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsi zamanı komitənin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov məruzəyə iradını bildirib: 

“Öyrənmək istərdim ki, Ombudsmana informasiya əldə etmək azadlığı ilə bağlı neçə müraciət daxil olub? Bununla bağlı təhlil aparılıbsa, narahatlığın nədən ibarət olduğu açıqlanmalıdır.

Məsələn, vicdan azadlığı ilə bağlı doqquz müraciət daxil olub. Növbəti fəaliyyət müddətində bu məsələlələrə diqqət ayrılmalıdır”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə Əflatuna Amaşova cavab olaraq deyib ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına onlarla informasiya sorğusu daxil olub.

O qeyd edib ki, daha çox dövlət qurumları tərəfindən verilməli olan məlumatların verilməməsi, süründürməçiliyə yol verilməsi ilə bağlı məlumatlardır: 

“Bu məsələdə Ombudsmanın iş göstəricisi çox yüksəkdir. 90 faizdən çox hallarda məsələlərə müdaxiləmizdən sonra vətəndaşın informasiya əldə etmək hüququ təmin edilir. Bu sahədə işimizi təkmilləşdirməkdən ötrü beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...