Yeni baş nazir ilk çıxışını etdi
Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə ilk çıxışını edib.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, o qeyd edib ki, bu günə qədər danışmağı sevirdi, bundan sonra başqa sahəyə keçdiyinə görə işləmək lazım olduğunu vurğulayıb:
“Hər şeydən əvvəl mənə göstərilən yüksək etimada görə ilk öncə prezidentə minnətdarlığımı bildirirəm. O, mənim üzərimə çox böyük məsuliyyət qoyub.
Bu, çox mürəkkəb və çətin məsələdir. Ancaq şərəflidir. Onunla bir yerdə işləmək Azərbaycanın indiki halında şərəfli məsəldəir. Dünyada gedən proseslər tarixdə hələ bu səviyyədə gərginlikdə olmayıb.
Ən mürəkkəb geosiyasi regionda yerləşən ölkəmizin sabitliyi və inkişafı hər birimizin qarşısında yüksək məsuliyyət qoyur. İnkişafı daha da genişləndirmək lazımdır. Üzərimə qoyulan bu məsuliyyəti çalışacam ki ,dövlət və hökumət strukturları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 912 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 596 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 587 dəfə oxunub