Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni nazir Sahil Babayevin - DOSYESİ

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, xəbər verir ki, sərəncama əsasən, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Yeni nazirin dosyesini təqdim edirik:

Sahil Babayev 1980-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...