"Sizdən artıq dərəcədə xahiş edirəm statusu siləsiniz" - Millət vəkilindən çağırış
"Dostlar, sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm statusu siləsiniz və bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir".
"Ölkə.Az" xəbər verir ki, bu sözləri deputat Adil Əliyev "Facebook" səhifəsində sosial şəbəkələrdə onun gənclər və idman naziri olacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən deyib.
"Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam", - deyə Adil Əliyev qeyd edib.
O vurğulayıb ki, bu gün kimisə facebook üzərindən hansısa vəzifəyə təyin etmirlər:
"Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 970 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub
loading...