Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azyaşlıların dini ayinlərə cəlb olunduğu ibadətgah aşkarlanıb

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.

Mynews.az-ın xəbərinə görə, bu barədə hər üç qurumun yaydığı birgə məlumatda bildirilib.

Qeyd edilib ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrıseçkiliyin təbliği məqsədilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb:

“Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb”.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...