Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputatların sayı 125-dən 119-da düşdü

Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə daha 3 millət vəkili hökumətdə yer alıb.

Bunlar Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov və millət vəkili, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevdir.

Qeyd edək ki, M. Babayev Hüseynqulu Bağırovun yerinə ekologiya və təbii sərvətlər naziri, F. Muradov Nazim İbrahimovun yerinə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, V.Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar.

Bununla da MM üzvlərinin sayı daha 3 nəfər azalıb, 125-dən 119-a düşüb.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ildə onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev iki gün öncə "Qaçqınkom"un sədri vəzifəsinə təyin olunduğundan yaxın günlərdə onun da deputatlıq fəaliyyətinə xitam veriləcəyi gözləniləndir.

Eyni zamanda, bir neçə gün öncə millət vəkili, professor Astan Şahverdiyev qəfildən ürəktutmasından dünyasını dəyişib və onun da yeri boşdur.

Son 3 təyinatla isə adları yuxarıda qeyd olunan deputatların da səlahiyyətinə xitam veriləcək. Beləliklə, parlamentdə millət vəkillərinin sayı 125-dən 119-a düşmüş olacaq.

oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...