Azərbaycan daha 1600 yeni vaqon almağı planlaşdırır
Azərbaycan daha 1600 yeni vaqon almağı planlaşdırır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov deyib.
Şöbə rəisi qeyd edib ki, hazırda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir.
Ə.Qasımov deyib: "Şərq-Qərb" dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun 503 kilometri təmir olunub. 23 stansiyada yeni avadanlıq quraşdırılıb, 3100 yeni vaqon alınıb, əlavə olaraq 50 yeni lokomotiv və 1600 vaqon alınması da planlaşdırılır".
Şöbə rəisinin sözlərinə görə, dəmir yolu parkının yenilənməsi, infrastrukturun modernləşməsi və rekonstruksiyası yükdaşımalarda sürəti, təhlükəsizliyi və daha qısa vaxt ərzində yüklərin çatdırılmasını təmin edəcək.
Ə.Qasımov əlavə edib: "Bu, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımalarını asanlaşdıracaq və daha artıq yükdaşımaları cəlb etməyə imkan verəcək".
Cəmiyyət
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1143 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1051 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 978 dəfə oxunub