Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda taksi və avtobuslarla bağlı - VACİB YENİLİK

Yol hərəkətinin təşkili və yol hərəkət qaydaları üzrə tanınmış ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan dəyişiklikləri şərh edib.

Mynews.az  Lent.az-a istinadən xəbər verir ki, ekspert dəyişikliklərin taksi sürücüləri üçün maraqlı olacağını deyib: “Taksilərin tək-tükündə taksometr var. Bəzən DYP taksi sürücülərinə bu qurğu olmadığına görə İXM-in 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdı.

Dünən təsdiqlənən dəyişikliyə görə təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir. Amma bu dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Qanunda birbaşa göstərilir ki, bu dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar 2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz. Görünür, düşünürlər ki, 1 yanvar 2019 tarixinədək taksilər taksometrlə təmin olunacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...