Son illər Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb
Son illər Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.
Mynews.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva deyib.
O bildirib ki, digər Avropa və postsovet ölkələrində hazırda qızılca xəstəliyi alovlandığı halda, bu, ölkə ərazisində qeydə alınmayıb:
“Məsələn, həmin Avropa ölkələrindən biri Ukraynadır. Hazırda həmin ölkədə qızılca xəstəliyindən əziyyət çəkən şəxslərin sayı olduqca çoxdur. Bunun səbəbi isə peyvəndlərin aparılmamasıdır.
Bir həkim olaraq müraciət edirəm ki, bu ölkələrə gedib-gələn valideynlər vətənə qayıdarkən öz uşaqlarını peyvənd etdirsinlər. Əks halda, buna yoluxan uşaqlar ağır xəstəliyin nümayəndəsinə çevrilə bilər”.
A. Əliyeva qeyd edib ki, bizdə valideynlər arasında öz övladlarını hələ də peyvənd etdirmək qorxusu var:
“Əsas problemlərdən biri də valideynlərin peyvənd qorxusudur. Həmin valideynlər internetdə yazılan bəzi informasiyalara inanır və uşaqlarını peyvənd etdirməyə qorxur.
Zəng edib deyirlər ki, peyvəndin yeri qızardı. Bu zaman qorxmağa heç bir ehtiyac yoxdur”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 981 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub