Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərəblərin ən böyük şirkəti Azərbaycanda nümayəndəlik açdı

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun törəməsinin Azərbaycandakı nümayəndəliyi - “Aramco Overseas Company Azerbaijan” MMC dövlət qeydiyyatına alınıb.

Mynews.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 22-dir.

MMC-nin nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Almarri Husaindir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...