Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev “Can Azərbaycan” mahnısı ilə qarşılandı - VİDEO

Ankarada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.

Türkiyə Respublikası prezidentinin Sarayında - Külliyədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. 

Ölkə başçısı İlham Əliyev süvari dəstəsinin müşayiətilə Türkiyə prezidentinin Sarayına gəlib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət himnlərindən sonra “Can Azərbaycan” mahnısı səsləndirilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...