Qaynanası tərəfindən yatdığı yerdə "kislota" ilə yandırılan Tərlan danışdı - VİDEO
Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində müzakirəyə çıxarılan dəhşətli cinayət gündəmi zəbt edib.
Mynews.az baku.ws-ə istinadən məlumatına görə, Əsədova Kəmalə Kamil qızının gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırması tamaşaçıları dəhşətə gətirib.
Hazırda xəstəxanada yatan Tərlanın vəziyyəti olduqca ağırdır. Anası Sahilə xanımın sözlərinə görə, sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir.
O, hadisə barədə ancaq bunları söyləyə bilib: "2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Əsədova Gülər Ərşad qızı ilə ailə qurmuşam və Oğuza gətirmişəm. Oğuz rayonunda davasız-problemsiz yaşamışıq. Bir müddətdən sonra anası Sumqayıtdakı evlərini satıb övladlarını ayırmaq istədi".
Ağrılar ona fikrini tamamlamağa imkan verməyib.
Qeyd edək ki, hadisə polis tərəfindən araşdırılır. Qaynananın - Əsədova Kəmalə Kamil qızının ruhi xəstəxanaya yerləşdiriləcəyi təxmin edilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 981 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub