Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“ASAN xidmət”in yeni sədri kollektivə təqdim edildi

Bu gün Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyevi kollektivə təqdim edib.

Bu barədə Oxu.Az-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...