Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

I vitse-prezidentdən əhaliyə gözlənilən MÜJDƏ

Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi yaxın zamanda 4 min köçkün ailəsi yeni evlərə köçürüləcək
İcra başçılarına məcburi köçkünlərlə bağlı tapşırıq verildi

“Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb”.

Keçən il 2300 ailə – 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, bu il isə ən azı 20 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezidentin də fəaliyyətinin prioritetidir.

Bakı və Sumqayıt şəhərlərindəki digər qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də Mehriban Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacaq. Dövlət başçısının da, ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək: “Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir”.

İşğal altında olan rayon icra hakimiyyəti başçılarına məcburi köçkünlərlə mülayim davranmaq, onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara lazımi xidmətləri göstərmək, səlahiyyətləri çərçivəsində məcburi köçkünlərin problemlərinin həllinə nail olmaq göstərişlərini də verib.azerinfo.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...