Azərbaycanlı zəvvarlar üçün kvota artırılıb və sənəd qəbulunun vaxtı uzadılıb
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan kvotada artım olub, səbəd qəbulunun vaxtı isə 10 gün uzadılıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Mynews.az-a verilən məlumata görə, Azərbaycandan Həccə gedəcək zəvvarlar üçün nəzərdə tutulan 900 nəfərlik kvotaya daha 200 yer əlavə edilib. Bu günə qədər cəmi 100 yer boş qalıb. Sənəd qəbulunun son günü kimi mayın 1-i nəzərdə tutulsa da, müddət ayın10-na qədər uzadılıb.
Qeyd edək ki, bu il Azərbaycan üçün əvvəlcə 2000 yer nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvotalar müəyyən etməsi göstərilirdi. Lakin bildirilmişdi ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda, sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 917 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 908 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 905 dəfə oxunub