Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlahiyyat İnstitutu Komitənin tabeliyinə keçdi

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, "Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na təhsil müəssisələri bölməsində Azərbaycan İlahiyyat İnstitutu əlavə edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...