Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həmyerlisini öldürən Lotu Qulinin adamı şkafda gizləndi - VİDEO

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqda həmyerlisini öldürən 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu saxlayıb.

Myneüsşaz “Fontanka” nəşrinə istinadən xəbər verir ki, hər iki “qanuni oğru” (həm mərhum, həm də şübhəli şəxs) Lotu Quli adı ilə tanınan avtoritetin silahdaşları olub.

Nəşrin məlumatına əsasən, xüsusi təyinatlı polis dəstəsi Mahir Məmmədovun olduğu mənzilə daxil olanda, otaqda yalnız qadınlar olub. Axtarış zamanı şübhəli şəxs şkafdan çıxıb.

Saxlanılma zamanı Mahir Məmmədovun üzərində silah aşkarlanmayıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı Füzuli Qarayev aprelin 30-da Sankt-Peterburqun Lomonosov küçəsində qətlə yetirilib.

Məlumata görə, “qanuni oğru” “Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...