Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının mərkəzində biabırçı mənzərə

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yaxınlığında çəkilən görüntülər müzakirələrə səbəb olub. 

Mynews.az baku.ws-ə istinadən məlumatına görə, Formula 1 yarışlarına görə bağlanan yollar sonradan ərazidən qaldırılmayıb. Bu isə sözgedən ərazidə paytaxt sakinlərinin gediş-gəlişinə çətinlik yaradıb. 

Belə ki, Kukla Teatrı yaxınlığında yolu keçmək üçün ancaq balaca bir pəncərə var. İnsanlar həmin balaca yerdən çox çətinliklə keçir. Həmin video sosial şəbəkələrdə yayılıb. Görüntü insanların narazılığına səbəb olub. 

Yarışların bitməsindən bir neçə gün keçməsinə baxmayaraq yol kənarına quraşdırılan maneələr hələ də götürülməyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...