Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Təhsil Naziri qərar verməkdə tələsdi” - Ekspert müəllimin işdən çıxarılmasına etiraz etdi - VİDEO

"Təhsil Naziri qərar verməkdə tələsdi”

Mynews.az xəbəır verir ki, bu sözləri azxeber.com-a açıqlamasında təhsil ekperti Kamran Əsədov deyib

O 189-190 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı danışarkən deyib ki, məsələ ikitərəfli araşdırılmalı idi: "İlk növbədə onu demək lazımdır ki, yeni Təhsil Naziri Ceyhun Bayramov öz operativliyi ilə diqqət çəkir. Bu çox təqdirəlayiq haldır və sevindiricidir. Ancaq bu məsələyə araşdırılmadan qərar verilməməli idi. Məsələnin operativ araşdırılması üçün o müəllimin fəaliyyətinə xitam verilə bilərdi, ancaq bu əmrləşdirilməməli idi.

Təhsil ekspertinin fikrincə uşağa bədən xəsarətini müəllim yox, valideyni yetirib: "Yəni, həqiqətənmi şagirdin sosial şəbəkələrdə yayılan bədən xəsarətlərinin səbəbi müəllimdir? Mən belə düşünmürəm, yayılan görüntülərdən belə görünür ki, uşağa anası daha çox xəsarət yetirib. Biz eyni zamanda görürük ki, şagird öz valideyni tərəfindən də döyülüb. Ona görə düşünürəm ki, məktəb rəhbərliyi və Təhsil Nazirliyi məsələnin kökünü araşdırmadan, qərar verməkdə çox tələsdi”.

Xatırladaq ki,  bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia olunurdu. Uşağın anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı açıqlamada Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimi işdən çıxardığını bildirmişdi. Bu məsələ dünən Zaur Baxşəliyevin aparıcılığını etdiyi "Bizimləsən” verilişində müzakirə olunub. Qonaqlar arasında şagirdin anası da olub. Uşağı döydüyü iddia olunan Səyyarə adlı müəllimə canlı yayıma qoşularaq hadisənin danışıldığı kimi baş vermədiyini, valideyn Xanım Əliyevanın qalmaqallı biri olduğunu, onun uşaqların yanında söyüş söydüyünü bildirib. Daha sonra verilişdə yayımlanan görüntülərdə aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarına yansıyıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...