Şagirdi müəllim yox, anası döyübmüş-Yalanı üzə çıxdı - VİDEO
Bir neçə gün öncə müəllimi tərəfindən döyüldüyü iddia olunan 189-190 saylı orta məktəbin birinci sinif şagirdi ilə bağlı bəzi detallar üzə çıxıb.
Mynews.az aznews.az-a istinadən xəbər verir ki, həmin şagird müəllimi deyil, anası Xanım Əliyeva tərəfindən döyülüb. ATV telekanalının aparıcısı Zaur Baxşəliyev "Bizimləsən" verilişində məsələni müzakirə edərkən hadisə ilə bağlı video yayımlayıb.
Döyülən şagirdin anası
Həmin görüntüdə şagirdin valideyni Xanım Əliyevanın onun başını partaya vurduğu, sonra isə ona dəhliz boyu işgəncə verdiyi aydın görünür.
Qeyd edək ki, bir neçə gün öncə Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdinin döyülməsi ilə bağlı məlumatlar yayılıb. Uşağın valideyini Xanım Əliyeva onun müəllimi tərəfindən döyüldüyünü iddia edib.
Həmin videogörüntünü təqdim edirik:
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 903 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 588 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 580 dəfə oxunub