Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı xanım nazir təyin olundu - FOTO

Əslən Azərbaycandan olan İradə Əyyubova Tatarıstanın mədəniyyət naziri təyin edilib.

Bu barədə əmri Tatarıstan prezidenti Rüstəm Minnixanov imzalayıb Qeyd edək ki, Əyyubova əvvəllər Tatarıstan Arxiv İşləri Dövlət Komitəsinin rəhbəri olub. Bakıda anadan olan Əyyubova Azərbaycan Dövlət Neft Akademiyasını bitirib (Oxu.az).

Daha əvvəl isə o, mədəniyyət nazirinin birinci müavini işləyib.

Yeni nazir son açıqlamalarından birində bildirib ki, “mən Azərbaycanda anadan olmuşam, rusdilli mühitdə böyümüşəm, amma hazırda tatar dilini öyrənirən. Məcburiyyətdən yox, sadəcə, maraqlıdır”…

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...