Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Mən hardan bilim bunun cəriməsi olur..." - Reyd zamanı gərginlik - VİDEO

Tovuzda reyd keçirilib.

Mynews.az ARB 24-ə istinadla xəbər verir ki, qaydanı pozan sürücülər polis əməkdaşlarının hədəfinə çevrildilər: protokollar işə düşüb, cərimələr yazılıb.

Sürücü: "Getmişdim texniki baxışdan keçməyə. Millət çoxdu. Qaldı sabaha".

Sürücü: "Getdik aşağısı 300-400 maşın var. Gedib keçərik".

Sürücü: "Vaxtı bu gün bitəcək. Nə bilim ki, cərimə düşür".

Texniki baxışdan keçməklə bağlı əvvəlcədən dəfələrlə xəbərdarlıq edilib. Mayın 1-də texniki baxış müddəti başa çatan avtomobillər köhnə sovet istehsalı olanlardır.

Məsələyə biganə yanaşanlar 50 manat məbləğində cərimə olunur. Pulunuzdan və vaxtınızdan olmaq istəmirsinizsə, qaydalara riayət etmək lazımdır.

Dövlət Yol Polisi əməkdaşları sürücüləri avtomobilin texniki vəziyyətinin qaydasında olmağına həssas yanaşmağa çağırırlar. Əks halda hər zaman itirən avtomobil sahibləri olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...