Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

Bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. Sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. “BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

Mynews.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, "Bakubus" MMC-nin  mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Modern.az saytına açıqlamasında deyib ki,  “BakuBus”un avtobuslarında havalandırma sistemi hazırda işləyir:

“Və ehtiyac yaranarsa  yan pəncərələr də açılır. Sərnişinlər bununla bağlı sürücüyə yaxınlaşıb müraciət edə bilər. Bu cür məsələlərdə çoxluğun fikri əsas götürülür. O ki qaldı kondisonerlərin işlədilməsinə, bununla  bağlı qaynar xəttimizə də sərnişinlər tərəfindən müraciətlər daxil olur”.

M.Piriyev avtobuslardan kondisionerlərin nə zaman işə salınacağından da söz açıb:

“Çox güman ki, yaxın günlərdə hava şəraiti nəzərə alınmaqla kondisionerlər də işə salınacaq. Bildiyiniz kimi avtobuslarımızda kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Bu gündəlik hava şəraitinə uyğun olaraq tənzimlənir”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...