Ukraynadan azərbaycanlı kriminal avtoritetlər çıxarılıb

Mayın 5-də Ukraynadan iki azərbaycanlı kriminal avtoritet – “Dato Ağcəbədinski” və “İlqar Dmanisi” çıxarılıb.
Mynews.az vchaspik.ua-ya istinadla verdiyi xəbərə görə, Kiyevin Polis İdarəsi paytaxta gələn kriminal avtoritetlə bağlı xəbər alandan sonra onu saxlayıblar.
1985-ci il təvəllüdlü “Dato Ağcəbədinski” ağır cinayətlər üzrə dəfələrlə məhkumluq həyatı yaşayıb, 2012-ci ildə Yunanıstanda taclandırılıb.
“O, sərhədi qanunsuz olaraq keçərək, Ukraynanın hər regionunda tərəfdarlarını yerləşdirmək istəyib. Həmçinin o, pərakəndə satış bazarlarına qəsb etmə sistemi təşkil etməyi planlaşdırırmış”, – deyə polisdə bildirilib.
“Qanuni oğrunun” Ukrayna ərazisinə 3 il müddətinə girişi qadağan edilərək ölkədən çıxarılıb.
Həmin gün İstanbul-Bakı reysi zamanı sərhədçilər “İlqar Dmanisi” ləqəbli daha bir “qanuni oğrunu” saxlayıblar. Onun ölkəyə girişi qadağan edildiyindən həmin reyslə geri qaytarılıb.
Cəmiyyət
- İlham Əliyev fərman imzaladı
- Hacıbala Abutalıbov Bakıdan köçdü
- Yəhudi qadın ərinin gözünü qazimizə bağışladı - FOTO
- Brifinqin vaxtı məlum oldu - Karantin sərtləşdirilir?
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO 593 dəfə oxunub
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi 589 dəfə oxunub
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək 588 dəfə oxunub
- "OBA" marketlər şəbəkəsindən mətbuata açıqlama 586 dəfə oxunub
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..." 586 dəfə oxunub