Bu görüntü Masallı-Salyan yolunda çəkilib - Salyan yolunda çəkilib - Sürücünü ağır cəza gözləyir - VİDEO
Xırdabuynuzlu heyvan ayaqlarından asılı şəkildə aparılır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, belə görüntü Masallı-Salyan yolunda lentə alınıb.
50-DB-746 dövlət qeydiyyat nişanlı kiçik tutumlu yük avtomobilində bir baş qoyun asılaraq aparılır.
Görüntüdən belə aydın olur ki, həmin şəxs qoyunu kəsib avtomobilin arxasından asıb. Kadrları izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənov burda sürücünün yükaşıma qaydalarını kobud şəkildə pozduğunu deyir.
Məsələnin başqa bir tərəfi isə sürücü bu əməli ilə heyvanların mühafizəsi haqqında qanunun tələblərini də pozub.
Hadisəni çəkən sürücü iddia edir ki, heyvan bu şəkildə bir neçə kilometir aparılıb. İnzibati Xətalar Məcəlləsinə görə, həmin sürücü 40 manat məbləğində cərimə edilməlidir. Bu sürücünü, həmçinin baytarlıq haqqında qanunun tələblərini pozduğu üçün 100-200 manat məbləğində cərimə gözləyir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub