Avtobusdan istifadə edənlərin DİQQƏTİNƏ!
Havanın tempraturunun yüksəlməsi ictimai nəqliyyatda bəzi problemləri yenidən gündəmə gətirib.
Mynews.az xəbər verir ki, "BakuBus"a məxsus avtobuslarda bu sistem işə salınmır. Sürücü isə bununla bağlı heç bir məsuliyyətinin olmadığını bildirir. İnsanlar çıxış yolu kimi avtobusların kiçik pəncərələrini açsalar da, bu, onları qane etmir.
"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə avtobuslarda kondisonerlər də işə salınacaq:
"Avtobuslarımızda havalandırma sistemi hazırda işləyir. Ehtiyac yaranarsa yan pəncərələr də açılır. Sərnişinlər bununla bağlı sürücüyə yaxınlaşıb müraciət edə bilər. Bu cür məsələlərdə çoxluğun fikri əsas götürülür. O ki qaldı kondisonerlərin işlədilməsinə, bununla bağlı qaynar xəttimizə də sərnişinlər tərəfindən müraciətlər daxil olur. Yaxın günlərdə hava şəraiti nəzərə alınmaqla kondisionerlər də işə salınacaq. Bildiyiniz kimi, avtobuslarımızda kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Bu gündəlik hava şəraitinə uyğun olaraq tənzimlənir".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub