Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Onda gərək sirk ustalarını sirkdən götürsünlər" - FUAD POLADOVUN XANIMININ FİKRİNƏ REAKSİYA

Akademik Milli Dram Teatrının keçmiş direktoru, professor İsrafil İsrafilov mərhum xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladovanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

İsrafilov "Ölkə.Az"ın əməkdaşıyla söhbətində deyib ki, F.Poladovla vida mərasiminin  "Azdrama"dan yox, məhz evində olmasında qeyri-adi heç nə yoxdur:

"Fuad Poladov mənim direktor olduğum zamanda da "Azdrama"nın tamaşalarında rol alıb. Ümumiyyətlə, sadə insan idi. Fuad vəfat edən günün axşamı aktyorlar tamaşa oynayacaqdılar. Düşünün, vida mərasimi orada keçirilsəydi, aktyorlar tamaşanı hansı ovqatla oynayacaqdılar? Fuad sadə, mütəvazi insan idi. Onun belə vəsiyyət etməsi də bununla bağlıdır, incikliklə yox. Tutaq ki, "Azdrama"dan incik düşmüşdü, bəs Rus Dram Teatrından götürülməsini niyə istəməmişdi? Axı orayla incikliyi yox idi. Fuad deyirdi ki, insanın evini tanısalar yaxşıdır. Əslində, bu, keçmişdənqalma ənənədir.  Bu məntiqlə məşhur kinoaktyor kinostudiyadan, sirk ustası sirkdən götürülməlidir. Məsələn, Qara Qarayevi filarmoniyadan, Bülbülü Milli Elmlər Akademiyasından götürüblər. İnsanın evindən götürülməsi daha doğrudur. Sevənləri, dostları onun evini tanımalıdırlar. Çünki Fuad həyatının böyük bir hissəsini evində keçirib, doğmaları, əzizləri evindədir". 

Qeyd edək ki, Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladova musavat.com-a müsahibəsində sənətkarın öz vəsiyyətinə əsasən vida mərasiminin Akademik Milli Dram Teatrında təşkil edilmədiyini bildirib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...