Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Leyla Əliyeva məşhurlarla bir arada - VİDEO - FOTOLAR

Bu gün "Həyat Fondu”nun yaranmasından bir il ötür. 

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu münasibətlə "Buta Palace”də təntənəli tədbir təşkil olunub.

Tədbirə ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, idmançılar, şirkət rəhbərləri qatılıb. 

"Yardım et, həyat ver” devizi ilə fəaliyyət göstərən Fondun əsas qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub. 

Məclis Azərbaycan dövlət himni ilə başlayıb, "Həyat Fondu”nun fəaliyyəti bağlı hesabat xarakterli videoçarx yayımlanıb.

Tədbirin aparıcıları Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva olub. Səhnədə Azərbaycan xalq artistləri Fidan və Xumaran Qasımovalar sözləri Leyla Əliyevaya məxsus "Ürək yaddaşı” mahnısını səsləndiriblər.

Bundan əlavə, ad günündə müxtəlif uşaq evlərinin sakinləri, fiziki qüsurlu yeniyetmələr və gənclərin hazırladığı əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılıb.

Həmçinin, "Həyat Fondu”nun təsisçisi Hacı Nuran Hüseynovxeyriyyə işlərində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Leyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEOLeyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...