Bu səfirliklərdə maliyyə nöqsanları aşkarlandı
Azərbaycanın Gürcüstan Respublikası, Mərakeş Krallığı və Qazaxıstan Respublikasındakı səfirliyində maliyyə nöqsanları aşkarlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.
Ötən il aparılan yoxlamalar nəticəsində Azərbaycanın Gürcüstandakı səfirliyində əməkhaqqının ödənilməsi üzrə 3578,8, ezamiyyə xərcləri üzrə 1260,9, nəqliyyat xərcləri üzrə 1787,9, digər xərclər üzrə 11694,8 olmaqla, cəmi 11694,8 ABŞ dolları həcmində büdcədən yayınma halı aşkar olunub. Qeyd olunan vəsait yoxlamalardan sonra görülən tədbirlər nəticəsində bərpa etdirilib.
Mərakeşdəki səfirlikdə ezamiyyə xərcləri üzrə 737,6, digər xərclər üzrə 37,8 olmaqla, 775,4 avro büdcədən yayınma halı aşkarlanıb və yoxlama nəticəsində vəsait bərpa etdirilib.
Qazaxıstandakı səfirlikdə isə ezamiyyə xərcləri üzrə 198, digər xərclər üzrə 39285,1 olmaqla, 39483,1 ABŞ dolları büdcədən yayınma halı aşkarlanıb. Yoxlama nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.
Ümumilikdə hər üç səfirlikdə 51 177,9 ABŞ dolları və 775,4 avro maliyyə pozuntusu aşkarlanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1107 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1095 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1094 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1091 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 990 dəfə oxunub